Bloq › Kitab bələdçisi

Rus bölməsi üçün: qayda iki dildə yanaşı

4 dəq oxu · bildimki komandası ·

Rus bölməsində oxuyan abituriyent Azərbaycan dilini dövlət dili kimi imtahan verir. Çətinlik çox vaxt qaydanın özündə deyil, onun izahındadır: termin tanış deyil, izah mətni də öyrənilən dildədir. Şagird qaydanı anlamazdan əvvəl izahı tərcümə etməyə vaxt sərf edir.

Paralel izah nə verir

Qayda Azərbaycan və rus dilində yanaşı veriləndə şagird mənasını öz dilində anlayır, terminin və nümunənin Azərbaycan dilindəki formasını isə elə həmin yerdə görür. İzah anlaşılır, dil isə yenə Azərbaycan dilində öyrənilir.

Statik kitab

  • İzah yalnız Azərbaycan dilində
  • Termini ayrıca lüğətdə axtarırsan

Vizual kitab

  • İzah iki dildə yanaşı
  • Termin və nümunə elə qaydanın yanında

Qaydadan sınağa

Qaydanı anlamaq yarı yoldur. Kitabın ikinci yarısı DİM buraxılış formatında 15 sınaqdır — dinləmə videosu ilə birlikdə. Sınağı kitabın içində həll edirsən və nəticəni dərhal görürsən.

Növbəti yazılar

Bütün yazılar →