Bloq › Statik və vizual
Statik kitab və vizual kitab: imtahana hazırlıqda 5 fərq
Çap kitabı və PDF eyni məntiqlə işləyir: mətn var, tapşırıq var, cavablar kitabın sonundadır. Bu format onilliklərdir istifadə olunur və pis deyil. Amma imtahana hazırlaşan şagird üçün onun bir zəif yeri var — kitab səni yoxlamır. Yoxlamağı sən etməlisən.
Vizual kitab eyni məzmunu götürür və ona bir şey əlavə edir: kitab oxuduğun anda sənə cavab verir. Aşağıda bunun gündəlik hazırlıqda nəyi dəyişdiyini beş nöqtədə yığdıq.
1. Cavab açarı arxada deyil, yanında
Statik kitabda 20 tapşırığı həll edirsən, sonra səhifələri çevirib açarı tapırsan, cavabları bir-bir tutuşdurursan. Çox vaxt bu addım ya təxirə düşür, ya da ümumiyyətlə edilmir. Vizual kitabda variantı seçən kimi doğru-səhv görünür — yoxlama ayrıca iş olmaqdan çıxır.
Statik kitab
- Həll et → səhifəni çevir → açarı tap → tutuşdur
Vizual kitab
- Həll et → nəticə o an görünür
2. Səhv cavabın izahı
Açar yalnız «B» deyir. Niyə «B», niyə sənin seçdiyin «D» deyil — bunu yenə qaydaya qayıdıb özün tapmalısan. Vizual kitabda cavabdan sonra doğru variant vurğulanır və izahı görünür: səhv elə həmin tapşırığın üstündə düzəlir.
3. Sxem şəkil deyil, proses
Coğrafiyada lövhələrin hərəkəti, küləklərin dövranı, iqlim qurşaqları — bunlar prosesdir. Çap kitabında proses bir şəklə sığdırılır və onu ağılda «hərəkət etdirmək» şagirdin öz işinə qalır. Vizual kitabda sxem və xəritə interaktivdir: prosesi ekranda izləyirsən, rəqəmi kalkulyatorda özün hesablayırsan.
4. Kitab cibdə
Çap kitabı çatdırılmanı gözləyir və evdə qalır. Vizual kitab alındığı an telefonda və kompüterdə açılır: məktəbə gedən yolda bir fəsil, növbə gözləyərkən on tapşırıq.
5. Kitab yenilənir
Çap kitabında tapılan səhv növbəti nəşrə qədər qalır. Vizual kitabda müəllif düzəlişi edən kimi o, bütün oxuculara çatır — kitabı yenidən almaq lazım deyil.
Hansını seçməli?
Statik kitab oxumaq üçün yaxşıdır. İmtahana hazırlıq isə oxumaqdan çox, özünü yoxlamaqdır — və burada kitabın özünün səni yoxlaması fərq yaradır. Ən sadə sınaq: pulsuz bölmədə on tapşırıq həll et və fərqi özün gör.